Çərşənbə axşamı, 30 Aprel

Yellen ABŞ hökumətini xəbərdar etdi: "Amerikalıları təhlükə gözləyir"

image

ABŞ Maliyyə Naziri Cannet Yellen iyulun 31-nə qədər təxirə salınmış borc limitlərinin müddətini uzatmaq üçün Konqresə xəbərdarlıq edib.

Verilən xəbərə görə, Maliyyə naziri qeyd edib ki, ABŞ Konqresi mümkün borc riskinə qarşı tədbir görməzsə, nazirliyin borc limitlərini aşmamaq üçün görəcəyi bütün tədbirlər avqust ayına qədər tükənəcək.

"Milli borcun defolt olacağını düşünmək olmur. Borc limitlərinin artırılmaması iqtisadiyyat üzərində dağıdıcı təsirləri olacaq. Bu, maliyyə böhranına səbəb ola, iş yerlərini təhdid edə və amerikalıların qənaətini təhlükəyə ata bilər" - deyə, Yellen bildirib.

Yellen Konqres avqust ayında tətildə olduğu müddətdə bu limitə çata biləcəklərini də qeyd edib: "Limitləri artırmaq və ya dayandırmaq üçün tez qərar verməyiniz üçün sizi xəbərdar edirəm”.

Qeyd edək ki, ABŞ-ın cari borc limitlərinin dayandırılması iyulun 31-də sona çatacaq. Bu müddət uzadılmasa, ABŞ büdcəsi dövlət xərclərini ödəmək üçün borc ala bilməyəcək.

Beləliklə, limitləri aşmamaq üçün xüsusi tədbirlər bitdikdə, hökumət vaxtı keçmiş borclarını ödəyə bilməyəcək

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42